Uzun və sağlam saçlara sahib olmaq istəyirsinizmi? Saçlarınız qırılır, canlılığını itirir və uzanmırsa, bu qidaları gündəlik rasionunuza əlavə etmənizdə fayda var.
Cia.az saçların qısa müddətdə uzanmasına yardım edəcək qidaların siyahısını təqdim edir.
A vitamini ilə zəngin olan kartof həm saç problemlərinin qarşısını alır, həm saç dərisini gücləndirir, həm də saçların sağlam şəkildə uzanmasına yardım edir.
E vitamini və sink baxımından zəngin olan kinoa saçların uzanmasına kömək edir. Tərkibindəki sink sayəsində saçlarınıza parlaqlıq qazandırır. Saçları gücləndirən E vitamini isə saç tökülməsi və qırılmasının qarşısını alır.
Badamın biotin tərkibi ilə zəngin olduğunu bilirsinizmi? Saç güclənməsini və uzanmasını təmin edən biotin minerallar da olduqca zəngindir. Uzun saçlara sahib olmaq üçün badam yeyin.
Proteinlə zəngin olan yumurta sarısı biotin baxımından olduqca zəngindir. Saç dərisini gücləndirən yumurta sarısı eyni zamanda saçları qidalandırır və qısa müddətdə uzanmasının təmin edir.
Cia.az
