|
Torpaq almaq istədi, 37 min manatını itirdi

Torpaq almaq istəyən Bakı sakini dələduzluqla qarşılaşıb.

Məlumata görə, 1966-cı il təvəllüdlü Rüzgar Əliyev Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edərək 37500 manatının mənimsənildiyini bildirib. 

R.Əliyev 2014-cü ilin oktyabr ayında 1984-cü il təvəllüdlü İlkin Bədəlovun ondan torpaq sahəsini özəlləşdirmək adı ilə aldığı pulu geri qaytarmamasından şikayətçidir. Faktla bağlı araşdırma aparılır 

Cia.az