|
Türkiyədə daha bir terror -

Türkiyənin Şırnak bölgəsində terror hadisəsi qeydə alınıb.

Şırnak-Uludere yolunda hərəkət edən polis avtomobilinə hücum edilib. PKK üzvləri hücum zamanı bomba və lüləli silahlardan istifadə edib. Hadisə zamanı 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Yaralılar Şırnak Dövlət Xəstəxanasına aparılıb.

Cia.az