Çinin şimal şərqindəki Lianoninq əyalətindəki Fuşin Dövlət Mədən Müəssisələrinə aid mədənlərdən birində dəhşətli yanğın baş verib.
ANS PRESS-in məlumatına görə, Çinin yarırəsmi “Şinxua” agentliyi hadisə nəticəsində 24 mədən işçisinin öldüyünü bildirib.
Daha 52 fəhlə isə baş vermiş faciədə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Müəssisənin rəhbərliyi artıq mədəndə axtarış – xilasetmə işlərinin başa çatdığını bildirib.
Xatırladaq ki, ötən il eyni mədəndə 8 fəhlə qaz sızmasından ölmüşdü.
