|
İlham Əliyev tamaşaya baxıb -

Prezident İlham Əliyev Astanada Qazax xanlığının 550 illik yubileyinə həsr olunan teatrlaşdırılmış tamaşaya baxıb.

Cia.az-ın məlumatına görə, tamaşa Astanadakı “Barıs” arenasında nümayiş olunub.

Mədəni tədbirdə Qazax xanlığının yaradılması, onun inkişafı və müxtəlif mərhələləri səhnələşdirilmiş kompozisiya ilə təqdim edilib.

Cia.az