Son informasiyalara görə, qəzada ölən Türkiyə vətəndaşlarının sayı 2 nəfərə çatıb.
Bütövlükdə isə ölən zəvvarların 87-ə yüksəlib. 184 nəfər isə yaralanıb.
* * *23:14
Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə “əl-Ərəbiya” telekanalı xəbər verib.
Məlumata əsasən, daha 30 nəfər müxtəlif bədən xəsarətləri alıb. Səudiyyə Ərəbistanı Mülki Müdafiə Nazirliyi ölənlərlə bağlı faktı təsdiqləyib.
Hadisə "Məscidül-Həram" məscidinin genişləndirilməsi işləri zamanı baş verib.
Qeyd edək ki, hadisənin güclü yağış yağması nəticəsində baş verdiyi bildirilir.
* * * 21:11
Əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub.
APA-nın məlumatına görə, dağıntılar altında qalanlar var.
Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.




