|
Oktyabrın 16-dan 18-dək “Baku Fashion Night 2015” moda tədbiri keçiriləcək

Oktyabrın 16-dan 18-dək Bakıda "FMS Models" məktəbinin təşkilatçılığı, "Excelsior Hotel & Spa Baku" otelinin dəstəyi və "ID Fashion Chanel" telekanalı tərəfindən “Baku Fashion Night 2015” moda tədbiri keçiriləcək.

Bununla bağlı sentyabrın 10-da təşkil olunan mətbuat konfransında "FMS Models" məktəbinin rəhbəri Lyubov Quturova bildirib ki, tədbirin keçirilməsində məqsəd moda nümayişinə marağı olan auditoriyanı yerli və xarici dizaynerlərin kolleksiyaları ilə tanış etməkdir.

Qeyd olunub ki,“Baku Fashion Night ” yaz-yay və payız-qış aylarında ildə 2 dəfə keçirilən moda nümayişidir. "Excelsior Hotel & Spa" otel ətrafında payız-qış kolleksiyasının birinci dəfə nümayişi ötən ilin sentyabrında, ikincisi isə bu ilin mart ayında yaz-yay kolleksiyasının təqdimatı ilə həyata keçirilib və tədbirlərin yerli və xarici dizaynerləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

"Baku Fashion Night 2015”də isə payız-qış kolleksiyaları nümayiş olunacaq. Hər il olduğu kimi bu il də məşhur dizaynerlər kolleksiyalarını təqdim edəcəklər. Milanın, Parisin və Barselonanın moda həftələrinin iştirakçısı, ispan dizayneri Jordi Dolmau Novia builki tədbirə dəvət olunub.

Məlumat verilib ki, 2005-ci ildə yaradılan "FMS Models"(www.fms.az) Azərbaycanın aparıcı model agentliyi model bıznesinin bütün aspektləri üzrə fəaliyyət göstərir. "FMS Models" dünyada tanınmış model agentliyi ilə əməkdaşlıq edir. Tədbirə təşkilatı dəstək verən "Excelsior Hotel & Spa Baku" eyni zamanda tədbirin yer, səs və işıq sistemlərinin sponsorudur. "ID Fashion" dünyada ən son tendensıyaları tətbiq edən dünya səviyyəli kanaldır. "ID Fashion" kanalının komandası ən məşhur brendlər ilə- "Chanel", "Louis Vuıtton", "Roberto Cavali", "Philipp Plein", "Dsquared2", "Diesel", "Dirk Bikkembergs", "Ulyana Sergeenko", "Serkan Cur" və s. ilə əməkdaşlıq edir. Telekanal “Baku Fashion Night” layihəsinin tərəfdaşıdır.

Cia.az