"Cizrədə edilmək istənən dövlət nizamını pozmaq üçündür. HDP həqiqətən də azlıqları müdafiə edirsə, dövlət nizamı onlar üçün prioritet olmalıdır. Lakin, dağdakı gözləyən biriləri varsa, əmin olsunlar ki, onlara toxunulacaq."
Avropa.info xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu PKK-nın siyasi qolu HDP-lilərin fövqəladə vəziyyət elan olunan Gizrə şəhərinə girmələrinə qadağa qoyulması ilə bağlı deyib.
"Hansı heyət olursa olsun, dövlət quruluşuna tabe olmaq məcburiyyətindədir.. Cizrə ilə bağlı planımız çox açıq və dəqiqdir. Hər cür tədbir görürük ki, xalqa heç bir zərər gəlməsin. Amma minaları təmizləyəcəyik, xəndəkləri bağlayacayıq və kimsə əllərində silahlarla damlarda dayanmayacaq.
Təhlükəsizlik qüvvələri küçələrdə metr metr irəliləyir. Minalar təmizlənib xəndəklər bağlandıqdan sonra və silahlar toplandıqdan sonra bü tədbirlərə artıq ehtiyac qalmayacaq.
Bura Suriya deyil, hər kəs başına bir qrup toplaya bilməz . Cizrə qorunacaq. Sadəcə regiondakı quldurlara göz yumulmayacaq."
Davudoğlu Türkiyə ordusunun Şimali İraqdakı əməliyyatlarından da danışıb.
"Şimali İraqa keçirilmiş hava əməliyyatında PKK-nın mühümmat və qərargahları hədəf alındı. Region nəzarətimizdədir. Kəşfiyyatın müəyyən sahələrdə koordinasiyalı şəkildə yürütdüyü işlər nəticəsində bir çox hadisələr əngəllənir, amma ictimaiyyət bunu bilmir."
Türkiyə baş naziri PKK lideri Abdullah Öcalanla dialoqun davam etdirilməsi məsələsindən də danışıb və HDP lideri Səlahəddin Demirtaşa sərt ittihamlar irəli sürüb.
"Terrorizmə qarşı apardığımız mübarizə davam edir. İmralı ilə danışıqlar aparmamızı tələb edən bir durum yoxdur. Bundan öncə də İmralı ilə aparılan danışıqlar silahların buraxılması yönündə idi. HDP niyə Qəndilə deyil, Cizrəyə yürüş keçirir. Demirtaş 6-7 oktyabrda nə etdisə eynisini etməyə çalışır. Eyni fitnəkar üslübu istifadə edir. Amma biz buna heç vaxt izn verməyəcəyik. Onun Gizrəyə yürüş keçirməsi fitnədən başqa bir şey deyil."
Cia.az
