|
Şəkinin qala divarlarında zəlzələdən çatlar əmələ gəlib
Bir neçə gün əvvəl ölkənin şimal-qərb hissəsində baş vermiş zəlzələ ən çox Şəkidə hiss olunub. Zəlzələ yaşayış evlərində kiçik dağıntılar yaratsa da, qədim şəhərin tarixi abidələrinə təsir etməyib. Yalnız qala divarlarında zəlzələ öz təsirini göstərib.
Rayonda mövcud olan 100-ə yaxın tarixi abidə, iki əsrdən çox yaşı olan qədim binalar, eləcə də Şəki xan sarayı zəlzələyə davamlı olub. Yeraltı təkanlar nəticəsində yalnız qala divarlarında çatlar əmələ gəlib. Divarın sonradan bərpa olunan bəzi hissələrində daşlar qoparaq düşüb.
Bərpaçı memar Seyran Məmmədov deyir ki, baş verən məlum zəlzələ bir daha sübüt etdi ki, Şəkidə inşaa olunan tarixi tikililər öz məhkəmliyi ilə seçilir.
Təbii ki, fəlakət nəticəsində bir çox yaşayış evləri və sosial obyektlərə dəyən ziyanın aradan qaldırılması üçün isə artıq ölkə başçısının xüsusi göstərişi əsasında ilkin olaraq iki milyon manat vəsait ayrılıb.
Şəki icra hakimiyyətinin Elxan Usubov bildirib ki, kim əvvəldən necə kvadrat sahədə yaşamışsa, evin tikitisi də məhz o ölçülərdə olacaq: "Hazırda 28 ev qəzalı vəziyyətə düşüb, 26 ailə çadırlarda yerləşdirilib."
 
İcra başçısı qeyd etdi ki, təhsil müəssisələrinə, dəymiş ziyan da komissiya tərəfindən araşdırılır. Tədris ilinə qədər işlərin başa çatmasını istəyirik. Lakin bu məsələ bizim yox, mütəxəssislərin qərarından asılıdır.
 
Fəsadların aradan qaldırılması ilə bağlı işlərin dövlət başçısıının nəzarəti altında olduğunu deyən Elxan Usubov onu da qeyd etdi ki, FHN-nin xüsusi komissiyası tərəfindən zəlzələ nəticəsində dəymiş ziyanın dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
 
 
 
 
Cia.az