Səudiyyə Ərəbistanının şahzadələrindən biri Əl Valid bin Təlalın sabiq xanımı, şahzadə Əmirə ölkədə qadın hüquqlarının və vətəndaş haqlarının ən aktiv müdafiəçilərindən biridir.
31 yaşlı şahzadə Əmirə 31 milyard dollarlıq varidatın sahibi olan ərindən ötən il boşanıb.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, şahzadə Əmirə ölkəsində qadınlara tətbiq edilən bir çox yasaqların, xüsusilə də xanımların avtomobil sürmələrinin qadağan olunmasının ləğvinə çalışır.
Şahzadə Əmirənin özü Avropa və ABŞ-da olanda 20 min dollarlıq Mini Cooper-ini sürməyi çox sevir.
"Qadınların hüquqlarının ən müxtəlif, süni bəhanələrlə pozulması yolverilməzdir. Ölkəmdə qadınların avtomobil sürmələri yasaqdır. Bu qadağanın heç bir məntiqi izahı olmadığından onun aradan qaldırılmasına yönəlmiş kampaniyada ən aktiv şəkildə iştirak edirəm. Məqsədimizə çatmamış sakitləşməyəcək, mübarizəni dayandırmayacağıq", - şahzadə Əmirə deyib.
Şahzadə Əmirənin yaxın rəfiqələri arasında İordaniya şahzadəsi Raniyə, Çelsi Klinton və başqaları var.
