Sentyabrın 9-da xalq artisti Habil Əliyevlə vida mərasimi keçiriləcək. Bu barədə xalq artistinin yaxınları məlumat verib.
Bir neçə saat əvvəl uzun sürən xəstəlikdən evində vəfat etmiş xalq artisti, məşhur kaman ustası Habil Əliyevlə vida mərasimi sentyabrın 9-da saat 10.00-dan 12.00-dək Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
Xalq artistinin dəfn olunacağı yerin hələ dəqiqləşdirildiyi bildirilir.
Cia.az
