|
Poroşenko: "Müdafiə xərclərimiz Rusiyadan 40 dəfə azdır"
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (UMTMŞ) müdafiə xərclərinin artırılması məsələsini nəzərdən keçirəcək. 
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
“Ukraynanın müdafiə xərcləri  Rusiyadan 40 dəfə azdır. UMTMŞ yaxın zamanda müdafiə xərclərinin artırılması məsələsinə baxacaq”, deyə  Poroşenko Nazirlər Kabinetinin geniştərkibli iclasında bildirib.
Cia.az