Fələstin Prezidenti Mahmud Abbas həlak olan Riham Davabşeh adlı qadına görə üçgünlük matəm elan edib.
Nəblus şəhərinin sakini R.Davabşeh israilli məskunların içərisində yandırıcı qatışıq olan butulkanı onun evinə atması səbəbindən törəyən yanğın nəticəsində aldığı yanıqlar səbəbindən sentyabrın 7-də səhər dünyasını dəyişib.
Bildirilir ki, ekstremist məskunlar iyulun 31-də Davabşehlər ailəsinin evinə od vurublar. Nəticədə ailənin südəmər uşağı həlak olub, hər iki valideyn və onların dörd yaşlı oğlu ağır yanıq xəsarətləri alıblar. Sonradan ailə başçısı keçinib. Bu gün səhər isə uşağın anası Riham Davabşehin öldüyü barədə məlumat verilib.
Cia.az
