Rusiyanın separatçı Abxaziya bölgəsində yerləşdirilmiş hərbi hissələrində komanda-qərargah təlimləri başlayıb. Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, hərbi təlimlərə Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) Abxaziyadakı hərbi bazasının 700 hərbi qulluqçusu və 150-dən çox zirehli texnika, reaktiv sistemlər cəlb edilib.
CHD-nin mətbuat xidmətinin məlumatına görə, təlimlərin əsas hədəfi – müasir avtomatlaşdırılmış idarə sistemləri və yeni hərbi texnikadan istifadə eləməklə dəniz sahilləri, dağ-meşəlik və düzənlik əraziləri şəraitində müxtəlif təlim döyüşləri aparılan zaman birləşmələrin komanda heyətinin idarə vərdişlərini təkmilləşdirməkdir.
Cia.az
