|
Türkiyədə PKK-dan növbəti terror -

Türkiyənin Yüksəkova vilayətində hərbi əməliyyat üçün yola düşən iki zirehli avtomobil PKK-nın qurduğu tələyə düşüb. 

Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror hücumu nəticəsində 16 əsgərin şəhid olduğu və yaralandığı bildirilir. 

Hücumdan dərhal sonra bölgədə genişmiqyaslı əməliyyatlara start verilib. Havadan təşkil edilən hücumlar nəticəsində çoxlu sayda PKK-lının öldürüldüyü bildirilir. 

Dövlət başçısı Rəcəb Tayyub Ərdoğan isə terror hadisəsindən dərhal sonra açıqlama verib və mənfur hücumu şiddətlə qınadığını dilə gətirib: “Bu günə qədər 2 min terrorçu öldürüldü. Əməliyyatlar davam edəcək. Kim nə deyirsə desin, biz mübarizəni sonuna qədər davam etdirəcəyik”. 

Cia.az