|
Braziliyada turist avtobusu aşıb,
Ötən gün Rio-de-Janeyro ştatının Parati bələdiyyə şossesində turistləri daşıyan avtobus aşıb.
Nəqliyyat vasitəsində təqribən 50 sərnişin olub.
Qəza nəticəsində ən azı 14 nəfər həlak olub, təqribən 30 nəfər yaralanıb. Yaralılar xəstəxanalara aparılıb. Faktla bağlı araşdırmaya başlanılıb. İlkin məlumatlara görə, nəqliyyat vasitəsinin əyləc sistemi xarab ola bilər.
Hazırda qəzanın səbəbləri öyrənilir.
Cia.az