|
Arif Məlikovun müəllif konserti keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 28 noyabr 2014-cü il tarixində saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ Xalq Artisti, professor Arif Məlikovun müəllif konsertinin keçirilməsi planlaşdırılır.

Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə tanınmış pianoçu, Fransada yaşayan həmyerlimiz, Azərbaycan Respublikasının Əməkdar Artisti Adilə Əliyeva çıxış edəcək. Proqramda Arif Məlikovun ikinci və altıncı simfoniyası, "Metamorfozlar" simfonik poeması, Fortepiano və orkestr üçün konsert səslənəcək.