ABŞ-dan Bakıya elektroşoker göndərilib.Musavat.com-un əldə etdiyi məlumata görə, qeyri-qanuni yolla ölkəyə gətirilmək istəyən elktorşoker gömrükdə aşkarlanıb.
Məlumata görə, bir neçə gün öncə Baş Gömrük İdarəsinin Beynəlxalq Poçt Göndərişlərinə Nəzarət Bölməsində şübhəli bağlama aşkarlanıb.
Elektroşoker ABŞ-dan Bakı sakini 1988-ci il təvəllüdlü Orxan İbrahimlinin adına göndərilib.
Gömrük əməkdaşları şübhəli bağlamaya baxış zamanı elektroşoker aşkarlanıb.
Elektroşokerin nə məqsədlə ölkəyə gətirilməsi məlum deyil.
Cia.az
