Xalq artisti Habil Əliyevin səhhətində irəliləyiş yoxdur.
Cia.az-ın məlumatına görə, tanınmış sənətkarın bacısı qızı Lent.az-a bildirib ki, Habil Əliyev hələ də sentyabrın 2-də düşdüyü vəziyyətdən-komadan çıxa bilməyib və onun səhhətində hər hansı müsbət dəyişiklik nəzərə çarpmır.
Qeyd edək ki, kamança ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü.
Cia.az







