|
Asim Mollazadə “Washington Post”a cavab yazıb
ABŞ-ın 35 milyonluq oxucu auditoriyası olan məşhur İndependent Journal Review on-line nəşri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Demokratik İslahatlar Partiyasının sədri, Asim Mollazadənin məqaləsini dərc edib. “Yeni Musavat” ADİP-in mətbuat xidmətinə istinadən məqalənin tərcümə olunmuş variantını sizə təqdim edir:
 
A.Mollazadə ABŞ mətbuatının anti-Azərbaycan yazılarına işarə edərək yazıb ki, Azərbaycan Respublikası demək olar ki, hər gün qarayaxmalara və böhtanlara tuş gəlir. Müəllif qeyd edib ki, Amerikanın məşhur və qeyri-məşhur media orqanlarında nəşr olunan məqalələr bu qızğın kampaniyanı özündə əks etdirir: “”Washington Post" qəzetindən o yana keçməyə ehtiyacımız da yoxdur. Qəzetin materiallarındakı birtərəfli və yarımçıq məlumatlar insanı həqiqətən də heyrətlənməyə sövq edir. “Washington Post”un balaca olsa da, önəmli ölkə olan Azərbaycan haqqında nəşr etdiyi materialların həcmi olduqca ziyanlı aludəçiliyi gözlər önünə sərir. Belə media orqanlarındakı məqalə səhifələrindəki bir hissə adətən özlərini ekspert adlandıran insan hüquqları “aktivistləri”nin və qondarma “jurnalistlərin”, hətta xoşniyyətli keçmiş məhbusların fikirləri üçün rezerv edilir. 

Azərbaycanın qonşuluğundakı dövlətlərdən birinin şəxsən ödədiyi sifariş əsasında Azərbaycan haqqında ziddiyətli əhvalatlar uyduran şəxs sadəcə buna iddia edir deyə, avtomatik olaraq insan hüquqları aktivisti və ya juralistmi hesab edilməlidir? “Washington Post” və digər mətbuat orqanlarının Azərbaycanda “azad mətbuat”a dəstək adı ilə dəstək verdiyi müxalif media və azad, tənqidi fikir səsləndirənlər doğrudanmı, vacib problemləri qaldırır və ictimaiyyəti maarifləndirirlər? 

Yoxsa onlar sadəcə xarici dövlətlərin, əksərən qaranlıq və qeyri-şəffaf mənbələrin maliyyəsi əsasındakı sifarişləri yerinə yetirirlər?  Məsələn, bu olduqca karıxdırıcı faktdır ki, tamamilə ABŞ vətəndaşlarının vergiləri əsasında maliyyələşən Azad Avropa/Azadlıq radioları necəsə “müstəqil” yayım orqanlarıdır. İran Dövlət Radiosu və “Russia Today” də ola bilsin müstəqildirlər və “Washington Post”a görə dəstəklənməlidirlər".

A.Mollazadə daha sonra yazıb: “Unutmaq olmaz ki, Azərbaycanda demokratiya inkişaf etməkdədir...İnkişaf edən demokratiya kimi Azərbaycan Respublikası demokratik islahatlar üçün ölkə daxilində siyasi, ictimai və biznes idarəçilərinin artımına fokuslanıb. Belə məqsədlər vaxt tələb edir. Çe Gevaranın ideyası olan inqilab ixracı kimi, demokratiya da ixrac məhsulu sayıla bilməz: bunların hər ikisi yanlış ideyadır. Hələ də Sovet sayağı təsir altında qalan ölkələrin mətbuatının oynadığı rol Azərbaycana olan mənfi təsirlərin artımında vacib rol oynayır. Mətbuat və dövlət anlayışı çərçivəsində Ermənistan əsas nümunədir. 

Ciddi şəkildə Rusiyanın təsiri altında olan Erməni lobbisi Azərbaycanın hədəf alınmasında demokratiya sözündən silah kimi yararlanır, ancaq bir fakt undulur ki, bir çox Amerika media orqanlarında Azərbaycan dünyanın ən inkişaf etməkdə olan demokratiyalarından biri kimi göstərilir. Ermənistanın və Rusiyanın məqsədləri aydındır: inkişaf etməkdə olan demokratiyaları Qərbə tərəf deyil, Rusiyaya tərəf getməyə məcbur etmək”.
Cia.az