Menstruasiya zamanı sevişmək olarmı? Bu sual bütün cütlüklərin ağlından keçir. Məsələ ilə bağlı mütəxəssislərin fikirlərini təqdim edirik.
Menstruasiya zamanı sevişməyin səhhətə heç bir zərəri yoxdur. Sadəcə olaraq qadınlar bu dönəmdə “kirli” hesab olunduqları üçün belə bir fikir formalaşıb.
Tibbi baxımdan menstruasiya halında olan zaman sekslə məşğul olmaq heç bir xəstəliyə səbəb olmur. Əksinə, seks aybaşı simptomlarına yaxşı təsir göstərir. Orqazm zamanı ifraz edilən endorfinin təbii ağrıkəsici və xoşbəxtlikverici təsiri vardır. Orqazm dartılmaları, tutulmalar, depressiya əlamətləri və baş ağrılarının keçməsinə kömək edir.
Menstruasiya zamanı sekslə məşğul olarkən diqqət edilməsi gərəkən nöqtələr var. Bu zaman sekslə məşğul olarkən hamilə qalmaq riskini gözə almayın.
Mesntruasiya zamanı güvənli seks üçün duş altında cinsi əlaqəni üstün tutun. Bu, həm sizin, həm də tərəf müqabiliniz üçün daha rahat olacaq. Çox şiddətli seksə qarşı daha diqqətli olmalısınız.
Cinsi yolla keçən xəstəliklərdən və viruslardan qorunmaq üçün tərəf müqabilinizin prezervativdən istifadə etməsi önəmlidir.
