Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın zəlzələ baş verən bölgələrində araşdırılmalara başlanılıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov ANS PRESS -ə açıqlamasında bildirib ki, rabitə infrastrukturuna ziyanın dəyib-dəyməməsini araşdırmaq üçün işlərə start verilib.
Müşviq Əmirovun sözlərinə görə zəlzələ baş verən bölgələrdə yerləşən müvafiq orqanlara tapşırıqlar verilib.
“Araşdırmalarımız davam edir. Hələ ki, rabitədə heç bir problem yaranmayıb. Əgər hansısa nöqsan aşkar olunarsa, dərhal problemin aradan qaldırılması üçün tədbirlər görüləcək".
Bu gün saat 09.49-da radələrində Şəki ərazisində zələzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumatına görə zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-4 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib.
Cia.az
