|
Zəlzələ ilə bağlı əhaliyə -

Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı baş vermiş zəlzələ ilə bağlı əhaliyə müraciət edib. 

V. Rafiqqızı Cia.az-a açıqlamasında bildirib ki, insnlar qeyri-dəqiq informasiyalara inanmasınlar: “ Xidmətin rəsmi məlumatlarına istinad etmək lazımdır. Zəlzələ yerin təkində gedən prosesdir.  Zəlzələ ocaqları 10-12 km dərinlikdə olur.  Bu gün baş vermiş zəlzələ güclü zəlzələ hesab olunduğundan, gün ərzində xırda təkanlar hiss oluna bilər. Hazırda əməkdaşlarımız ərazilərdə monitorinqlər aparır. Monitorinq nəticəsində hansı ərazilərdə xırda təkanların qeydə alındığı barədə məlumat verəcəyik”.

Cia.az