Bu dəqiqələrə Azərbaycanın bir sıra bölgələrində zəlzələ olub.
Bu barədə Cia.az-a Füzuli və Biləsuvar rayonlarından məlumat daxil olub. Məlumatlarda zəlzələnin güclü olduğu və dağıntılara səbəb olduğu bildirilir.
***
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub.
***
Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı daha bir məlumat yayıb. Məlumatda bildirilir ki, Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.
Cia.az
