|
“Domodedova” aeroportunda yanğın -

Bu gün səhər saatlarında Moskvanın “Domodedova” hava limanında yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyi yanğının anbar bölməsində, 15 kvadrat metrlik ərazidə  baş verdiyini açıqlayıb. Yanğın elektrik kabellərindəki qısa qapanmadan baş verib. Lakin tüstü ventilyasiya sisteminə daxil olduğu üçün bütün terminal binasında güclü tüstü müşahidə edilib. Bununla əlaqədar, sərnişin və hava limanı işçiləri də daxil olmaqla 3000 şəxs evakuasiya olunub. 

Hazırda 30 reysin uçuş və enişi təxirə düşüb.  

Cia.az