|
Leyla Əliyeva Romada-

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə qurumun Romadakı baş ofisində bir sıra görüşlər keçirilib. 

Cia.az-ın Azərtac-a istinadən məlumatına görə, Leyla Əliyevaya burada çalışanlar üçün yaradılmış şərait barədə məlumat verilib. Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi ilk dəfə fəaliyyətə başlaması ilə əlaqədar təntənəli mərasim olub və qarşılıqlı hədiyyələr təqdim edilib.

Daha sonra Leyla Əliyeva FAO-nun media mərkəzinə müsahibə verib.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Ölkəmizdə qurumun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Bir müddət əvvəl isə Azərbaycanda təşkilatın ilk əlaqələndirmə və tərəfdaşlıq ofisi açılıb.

 

Cia.az