|
Qadın nazir danışdı+ Foto

“Cənab prezidentə və Vasif Talıbova mənə göstərdikləri bu böyük etimada görə dərindən təşəkkür edirəm. Onların etimadını doğrultmağa çalışacağam”. 

Cia.az xəbər verir ki, bunu AzVision.az-a  açıqlamasında Naxçıvanın qadın naziri Natəvan Qədimova deyib. 
Naçıvan Muxtar Respublikasının mədniyyət və turizm naziri təyin olunan N. Qədimova təəssüratlarını bölüşüb. 
“Mədəniyyət və turizm sahəsi çox geniş və əhatəli bir sahədir. Bu gün bu sahəyə ölkəmizdə çox böyük diqqət göstərilir. Muzeylərimiz, kitabxanalarımız və mədəniyyət ocalarımız qorunub saxlanılır. Məktəblərimiz, tamaşa salonlarımız yenidən qurulur. Bütün bu işlər dövlət başçı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilir. Ölkə rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Ona görə də bu gün Azərbaycan mədəniyyəti bütün dünyada məşhurdur. Muğamımız UNESCO-nun tərəfindən qorunur”.
“İlk qadın naziri olmaq mənim üçün çox məsuliyyətli bir işdir”-deyə bildirən N. Qədimova nazir kimi məsuliyyətin nə olduğunu dərk etdiyini qeyd edib.
“Mədəniyyət demək olar ki, xalqın üzüdür. Mədəniyyət xalqı dünyada tanıdan bir sahədir. Çalışacağam ki, bu məsul vəzifəsini layiqincə icra edim”. 
N.Qədimova indiyədək Naxçıvan MR mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl Naxçıvan MR-də mədəniyyət və turizm naziri vəzifəsini Sarvan İbrahimov tutub. O, keçən ay vəzifəsindən azad edilib.
Cia.az