|
Quyuya atılmış uşağı velosipedçilər tapdı

Avstraliyada öz uşağını öldürmək istəyən qadın polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, ana övladını 2,5 metr dərinliyində qazılmış quyuya qoyub. Uşaq yalnız 5 gündən sonra aşkar edilib.

5 gün ac-susuz qalmış uşağı quyunun yanından keçən velosipedçilər tapıb polisə təhvil veriblər.

Həkim nəzarətində olan uşağın səhhətində ciddi problem yoxdur.