|
Bill Klinton baba oldu

Keçmiş ABŞ prezidenti Bill Klintonun nəvəsi dünyaya gəlib.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Klintonun qızı Çelsi ana olub. O, övladına Çarlotta Klinton Mezvinski adını verib.

Təəssüratlarını sosial şəbəkədə yazan 34 yaşlı Çelsi həyat yoldaşı ilə xoşbəxt olduqlarını bildirib.

Qeyd edək ki, Çelsi 2010-cu ildə Mark Mezvinski adlı bank sahibi ilə ailə həyatı qurub.