Azərbaycan prezidenti İlham Əliyev Fikrət Qocanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Cia.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “Şərəf” ordeni ilə təltif edilsin.
Cia.az
