|
İlham Əliyev hökumətin təcili iclasını keçirir

Bu dəqiqələrdə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin təcili iclası keçirilir.

Hökumətdəki məlumatlı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, prezident hökumət üzvləri ilə ölkədəki iqtisadi vəziyyəti müzakirə edir.

Məlumata görə, iclasda maliyyə naziri Samir Şərifovun, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və digər hökumət üzvlərinin məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub. Habelə prezident İlham Əliyevin özünün çıxış edəcəyi gözlənilir.

*   *   *09:24

Bu gün - sentyabrın 1-də günün birinci yarısında Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin təcili toplantısı keçiriləcək.

Bu barədə virtualaz.org saytına hökumətdəki məlumatlı mənbələrdən informasiya daxil olub.

Xəbərdə deyilir ki, hökumətin iclası qlobal iqtisadi böhran fonunda ölkədə yaranan sosial-iqtisadi vəziyyətə həsr ediləcək.

İclasda büdcənin icrasının gedişi, dünya bazarlarında neftin qiymətinin düşməsi üzündən iqtisadiyyatda yaranan problemlər nəzərdən keçiriləcək. Prezident İlham Əliyevin tədbirdə çıxış edəcəyi gözlənilir.

Cia.az