|
Məşhur kinorejissor xəstəxanaya yerləşdirildi

Rusiyanın məşhur kinorejissoru Eldar Ryazanov Moskvadakı Burdenko adına Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Qeyri-rəsmi məlumatlara əsasən, Ryazanov beyin qan dövranının kəskin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.