Topuqlarınız çox tez sərtləşir?
Portağalı ikiyə bölüb sıxın. Əldə etdiyiniz portağal suyunun içinə şəkər tozu qatın. Çimərkən ayaq dabanlarınızı bu qarışımla ovun. Hamamdan çıxandan sonra dabanlarınızı qarışdırdığınız 1 xörək qaşığı vazelin, yarım limon suyu və 1 çay qaşığı duz ilə masaj edin. Ardından nəm tülbəndlə sarıyıb üzərinə pambıq corab geyinin. 2 saat bu şəkildə qaldıqdan sonra tülbəndi açıb ayaqlarınızı ovun. Yenə pambıq corab geyinin. Həftədə bir dəfə edin. Topuqlarınız qısa müddətdə pambıq kimi olacaq.
Cia.az
