|
Ərdoğan Baxçalını məhkəməyə verdi

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan MHP lideri Dövlət Baxçalını məhkəməyə verib. 

Cia.az-ın məlumatına görə, Ərdoğan MHP liderindən 100 min türk lirəsi dəyərində təzminat tələb edib. 

Prezident Ərdoğanın vəkilləri Fatih Şahin, Muammer Cemaloğlu və Burhanəddin Sevencan tərəfindən verilən məlumata görə, Baxçalı 6 may və 3 iyun tarixində baş tutan mitinqdə Ərdoğanın ünvanına  alçaldıcı ifadələr işlədib. Ərdoğanın hüquqlarının pozulduğu, Baxçalının ifadələrinin tənqid və ifadə azadlığı, haqq və vəzifə sərhədlərini aşdığı qeyd edilib. 

Cia.az