|
"Times" qəzetindən iddia -
İngiltərənin  "Times" qəzeti sensasion iddia ilə çıxış edib.
"Ordu  Ərdoğanı tənqid etməyə başladı" başlıqlı yazıda  PKK-ya qarşı edilən hücumların  AKP  hökumətinə qarşı çevrildiyini iddia edib.
 
Məlumatda bildirilir ki, qardaşı kapitan Əli Alkan dəfni zamanı Türkiyə ordusunun polkovnik-leytenantı  Mehmet Alkan Ərdoğan hökumətini kəskin şəkildə tənqid edib.
 
"Ordunun Podpolkovnik Alkan haqqında istintaq açdığının bildirilməsinin sonra internet üzərində bir imza kampaniyası başlanılıb. 150 mindən çox insan kampaniyaya dəstək verərək Alkanı müdafiə etdi. Ərdoğan hökumətinin cavabı isə mediadan, əsgərlərin dəfn mərasimlərində yaxınlarını itirən ailələrin etirazlarını xəbərləşdirməməsini  istəmək oldu. Bununla da səs  itkisindən qaçılması məqsədi güdülüb."
 
Qeyd edək ki, bir çox Qərb mediası kimi İngiltərənin "Times" qəzeti də PKK-nın bombardıman edilməsindən sonra, Ərdoğan hökumətinə qarşı sərt yazılar dərc edir.
Cia.az