Fransanın “Veolia” şirkəti İsrailin Qüdsdə inşa etməyi planlaşdırdığı tramvay layihəsindən imtina edib. Şirkətin fikrincə, Tel-Əviv bu layihə nəticəsində Qüdsü yəhudiləşdirəcək.
Şirkət İsrailin bu addımını qanunsuz adlandırıb və layihənin Avropa Birliyi qanunlarına zidd olduğunu bəyan edib.
Xatırladaq ki, “Veolia” şirkəti sözügedən layihənin icrası üçün 2008-ci ildə İsrail hökuməti ilə müqavilə imzalamışdı.
Cia.az
