|
Saçınıza sarımsaq sürtməyin

Saç diblərinin güclənməsi üçün saça sarımsaq sürtmək ölkəmizdə istifadə edilən ən geniş yayılmış saç baxımı üsullarından biridir.

Lakin dermatoloqlar saçqıran, tükləri möhkəmlətmək, yaxud tökülmənin qarşısını almaq məqsədilə saça sarımsaq sürtməyin zərərli olduğunu deyir.

Daha çox qadınlarda rastlanan saç qıran problemi kişilərdə də saqqal qismində yaşanır. Tədricən saçın, saqqalın müəyyən hissəsi keçəlləşir. Bu problemin səbəbi stress, qan azlığı, vitamin əskikliyi, guatr kimi xəstəliklər hesab olunur.

Bir çox xəstəliklər saçqırana səbəb olur, əsas da stress. Stress tük köklərinə, hüceyrələrə hücum edərək onları öldürür. Bu səbəbdən dolayı tüklər tökülür. İnsanlar isə dərman içib əsas səbəbi aradan qaldırmaq yerinə saça sarımsaq sürtməyi üstün tuturlar. Sarımsağın tərkibində tük köklərini qıcıqlandıraraq çıxaran maddə var.

Ümumiyyətlə, saçqıran problemi yaşayanların tez-tez qan analizi verməsi, stressə qarşı müalicə alması məsləhətdir.

Cia.az