Azərbaycan Dövlət Musiqili Teatrı yeni, 106-cı teatr mövsümünün ilk ayı – sentyabr üçün repertuarını açıqlayıb.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, mövsümün açılışı dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə baş tutacaq. Dahi bəstəkarın eyniadlı tamaşası sentyabrın 19-da bir daha nümayiş etdiriləcək. Sentyabrın 20-də isə Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası oynanılacaq. Ayın 25-də teatrın səhnəsində R. Hacıyevin "Qafqazlı qardaşqızı" tamaşasının premyerası keçiriləcək. Tamaşaçılar sentyabrın 26-da F. Sücəddinovun və T. Vəliyevanın "Mən dəyərəm min cavana" tamaşasına baxa bilərlər. Ə. Səmədlinin "Toya bir gün qalmış" tamaşası isə ayın 27-də təqdim ediləcək.
Tamaşalar saat 19:00-da başlanır.
Cia.az
