İran tarixinin ən bahalı filmi olan “Məhəmməd Allahın Rəsuludur” filminin nümayişinə başlanılıb. Bu film 40 milyon dollara başa gəlib və 145 kinoteatrda göstəriləcək.
Filmin nümayişi avqustun 26-na təyin edilsə də, bəzi texniki səbəblərə görə vaxt uzadılıb.
Musavat.com xəbər verir ki, film 7 il ərzində çəkilib. Filmin yaradıcıları bildirib ki, filmdə Peyğəmbərin üzü görsənmir.
Rejissor Məcid Məcidi qeyd edib ki, o, bu film ilə İslama olan münasibətin yaxşıya doğru dəyisməsinə çalışıb. M.Məcidi Məhəmməd Peyğəmbərlə bağlı daha iki film çəkmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Peyğəmbər haqqında çəkilmiş filmlərdən ən tanınmışı 1976-cı ildə çəkilmiş “Çağırış” filmidir. Film ərəb və ingilis dillərində nümayiş olunub. Filmin çəkilişində Livan, Liviya, Küveyt, Mərakeş və Böyük Britaniya iştirak edib.
Cia.az
