|
Mingəçevir Dram Teatrı aktyorun işdən çıxarılmasına aydınlıq gətirdi
Mingəçevir Dram Teatrından aktyor İbrahim Salmanovun işdən çıxrılması barədə yazılan xəbərə aydınlıq gətirilib. 
Teatrın direktor müavini Vüsal Məmmədov avqustun 25-də musavat.com-da “Mingəçevirlə bağlı “facebook”da status yazanların da həbs edildiyi iddia olunur” başlığı ilə dərc edilən yazıda qeyd edildiyi kimi, İ.Salmanovun yazdığı statuslara görə yox, daxili nizam-intizamı pozduğuna görə işdən çıxarıldığını bildirib. 
Qeyd edək ki, bu məlumatı musavat.com-a Müsavat Partiyasının Mingəçevir təşkilatının sədri Nürəddin Rüstəmli vermişdi.
 
Teatrın məsələ ilə bağlı mövqeyində deyilir: “Nurəddin İsmayılov mediaya çaşdırıcı məlumat verib. O, açıqlamasında qeyd edib ki, İbrahim Salmanov yazdığı "facebook" statuslarına görə Mingəçevir Dram Teatrında işdən çıxarılıb. Biz Nurəddin bəyin yadına bir daha salmaq istəyirik ki, İbrahim Salmanov 2014-cü ilin dekabr ayının 4-dən daxili nizam-intizamı pozduğu üçün işdən azad olunub. Onun yazdığı yazılarla bağlı işdən çıxarılması cəfəngiyyatdır”.
 
Qeyd edək ki, İ.Salamov Mingəçevir hadisələrindən sonra həbs edilib. 
Cia.az