|
Türkiyədə daha bir hadisə-

Türkiyədə Kesmetaş ilə Oyalı kəndləri arasında yol təhlükəsizliyini təmin edən nəzarətçiləri daşıyan avtobus aşıb. 

Cia.az-ın məlumatına görə, Səbri Aydının idarə etdiyi 34 YP 6038 nömrəli avtobus 150 m yüksəklikdən uçuruma düşüb. 

Hadisə zamanı işçilərdən 4 nəfər ağır yaralanıb. 

Siirt və Şirvan Dövlət Xəstəxanasında müalicə altına alınan yaralılardan Remzi Yeyrek müdaxiləyə baxmayaraq ölüb.  Əşrəf, Cevdet və Mücahid Yeyrekin isə həyati təhlükəsi davam edir.

Cia.az