Türk Silahlı Qüvvələrinin avqustun 21-də İraqın şimalında PKK-ya qarşı keçirdiyi iki ayrı əməliyyat nəticəsində 70 terrorçu öldürülüb.
Türk Silahlı Qüvvələri tərəfindən İraqın şimalında yerləşən Qəndil bölgəsindəki Bokriskan kəndinin şimal-şərqində, PKK-çıların gizləndiyi sığınacaqlara və yaxınlığındakı sursat anbarları bombalanıb.
Əməliyyat nəticəsində 40 terrorçu öldürülüb. Əməliyyatdan sonra silah-sursat anbarlarında 3 gün fasiləsiz yanğın baş verib.
Eyni gündə İraqın şimalında yerləşən Mətnə adlı ərazidə də PKK-nın kampları bombalanıb. Bombardıman nəticəsində 30 terrorçu məhv edilib, 25-i isə yaralanıb.
Əməliyyatlar nəticəsində PKK-nın strateji obyektləri, silah-sursat anbarları məhv edilib.
Cia.az
