Britaniya hökuməti ölkə ərazisində lazımi sənədlər olmadan çalışan işçiləri 6 ayadək müddətə azadlıqdan məhrum etməyi təklif edir.
Payızda baxılması üçün Britaniya parlamentinə təqdim olunacaq İmmiqrasiya haqqında qanun layihəsində həmçinin miqrantları işə götürən qidaların çatdırılması sahəsində çalışan restoranlar, alkoqollu içkilərin satışı ilə məşğul olan mağazalara qarşı mübarizə tədbirləri nəzərdə tutulub. Pozuntu aşkarlandıqda bu cür müəssisələrin lisenziyası ləğv olunacaq.
Qanun layihəsinin müəllifləri qanunun həmçinin taksi sürücülərinə və operatorlarına da şamil olunacağını istisna etmirlər.
Cia.az
