İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sərdi Elçin Behbudov Mingəçevir Şəhər Polis İdarəsinə gedərək avqustun 20-də orada dünyasını dəyişən 27 yaşlı Bəhruz Hacıyevin ölümü ilə bağlı araşdırma aparacaq. Hüquq müdafiəçisi “Yeni Müsavat”a deyib ki, araşdırmanın nəticəsi ahqda ictimaiyyətə açıqlama verəcək:“Bəhruz Hacıyevin öülmünə heyfslənirəm, ailəsinə səbr diləyirəm. Ora gedib araşdırma aparacağam. Orada hər kəsi dinləyəcəyəm, Bəhruzun yaxınları ilə görüşəcəyəm. Fakt budur ki, orada ölüm hadisəsi var, rəsmi olaraq Bəhruz Hacıyevin özünü polisin binasından atdığı, intihar etdiyi bildirlir. Bunu yerində araşdıracağıq”.
E.Behbudov deyib ki, Mingəçevir prokurorluğu ilə də əlaqə saxlayıb: “Prokurorla danışdım, dedi ki, ekspertiza təyin olunub, ekspertiza zamanı bədəni üzərində işgəncə əlamətləri aşkar olunmayıb. Lakin həmin rəyə mərhumun ailə üzvləri inanmayıb. Ona görə də təkrar ekspertiza keçirilib, onların iştirakı da təmin olunub. Təkrar ekspertizanın rəyində də onun işgəncə və qeyri-insani rəftara məruz qalması təsdiqlənməyib. Bunu mənə telefon danışığı zamanı deyiblər, özüm yerindəcə araşdrıma aparacağam. Bəhruz Hacıyev ora aparılan andan harada saxlanılması, yanında kimlərin olması və s detalları araşdıracağam. Müavinim Elçin Şirinovla birgə orada araşdrıma aparacağıq. Öyrəndiklərimizi aktlaşdırıb ictiçiyyətə bu haqda məlumat verəcəyəm”.
E.Behbudov deyir ki, B.Hacıyevin ölümü bir daha saxlama yerlərində, dindirmə otaqlarında pəncərələrə dəmir məhəccərlərin vurulması ilə bağlı illər əvvəldən söylənilən fikirləri aktuallaşdırıb: “2000-ci illərin əvvələrində Səbayel Rayon Polis İdarəsində bir gənc özünü atıb öldürdü. Bundan sonra orada pəncərələrə dəmir məhəccərlər vuruldu. Bakı Şəhər Baş Polis İdarəsinin köhnə binasında da belə hallar tez-tez təkrarlanırdı. Hətta bir nəfərin ərizəsi indi də məndə var. O, özünü Baş Polis İdarəsinin binasəndan atmışdı, amma ölməmişdi, 2 ayağını itirmişdi. Sonradan ora da pəncərələrə dəmir məhəccərlər vuruldu. Mən Mingəçevirdəki araşdırmamala bağlı daxili işlər nazirinə məlumat verəcəyəm, ona dindirmə otaqlarının pəncərələrinə dəmir məhəccərlər vurulması ilə bağlı fikirləri də çatdıracağam”.
E.Behbudov mərhum B.Hacıyevin elektroşokla vurulması ilə bağlı məlumatları da araşdıracağını dedi:“Mərhumun atası deyir ki, oğlunu elektrokla vurublar. Vaxtilə mənim özüm də elektroşokla işgəncəyə məruz qalmışam. Hərbi-səhra telefonların elektroşok funksiyası da vardı. Elektroşokdan sonra qançır izləri olmur, bir balaca nöqtə qansızma izi qalır. Mən mərhumun yaxınlarını dinləyəndən sonra ona elektroşok verilməsi haqda nəsə deyə bilərəm”.
E.Behbudov deyir ki, istintaqçıda elektroşokun olması qanunla yol verilmir. Bu haqda qanun var: “Bütün sivil dövlətlərdə olduğu kimi Azərbacanda da elektroşokdan istifadəyə icazə verilib və konkret olaraq hansı vəzifəli şəxslərin bundan istifadəsi göstərilib. Təbii ki, istintaq araşdrmalıdır ki, əgər Bəhruz Hacıyevə elektroşok tətbiq olunubsa, bunu səlahiyyəti olan şəxs verib ya yox. Həm də həmin elektroşokun qanuni və ya qanunsuz tətbiqi məsələsi də araşdırılmalıdır. Polisə elektroşokdan başqa tabel silahı da verilir. Əgər həmin silah qanunsuz tətbiq edilirsə, əlbəttə ki, həmin silahın sahibi olan şəxs məsuliyyət daşıyır və cinayət məsuliyyətinə cəlb olunur”.
Qeyd edək ki, Azərbaycanda polis əməkdaşlarının elektroşokdan istifadəyə ötən ilin oktyabrında qəbul olunmuş qanuna əsasən icazə verilib. “Polis haqda” Qanuna elektroşok 4 halda istifadə oluna bilər - cinayətkarın insan həyatına təhlükə yaratdığı halda; kütləvi iğtişaşlar və qiyamlar zamanı; silahlı şəxsin silahdan istifadə etməklə müqavimət göstərmək ehtimalı olduğu halda; həbsdə olan şəxsi güc yolu ilə qaçırmaq istəyi olduqda.
Cia.az
