|
Azərbaycan Həştərxanda keçiriləcək “Qızıl çölün səsləri” festival-müsabiqəsində təmsil olunacaq

Sentyabrın 14-dən 20-dək Rusiyanın Həştərxan şəhərində “Qızıl çölün səsləri” V beynəlxalq etnomusiqi festival-müsabiqəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Cia.az-a bildiriblər ki, tədbirə Rusiyanın regionlarından, eləcə də Azərbaycandan və Qazaxıstandan 200-dək iştirakçının qatılacağı gözlənilir.

Festival-müsabiqə “Ənənəvi xalq instrumental ifaçılığı”, “Solo xalq ifaçılığı”, “Ənənəvi xalq xoreoqrafiyası”, “Ənənə xalq ansambl ifaçılığı” nominasiyaları üzrə keçiriləcək. Tədbir çərçivəsində, həmçinin müsabiqələr, sərgilər, ustad dərsləri və yaradıcılıq görüşləri də təşkil olunacaq.

Cia.az