|
Cinsiniz köhnədir, amma çox bəyənirsiz?-

Qarderobunuzda uzun müddətdir geymədiyiniz cins (jean) şalvarlar heç şübhəsiz hər birimizdə var. Əgər bu şalvarları başqasına vermək kimi bir niyyətiniz yoxdursa, fərqli yollarla yeni görünüş qazandırıb, təkrar geyinə bilərsiniz. 

 

Cia.az köhnə cins şalvarları yeniləməyin fərqli yollarını təqdim edir:

Ağardın 

“Ombre” modasını sevirsinizsə, ağartma əməliyyatını sınayın. Şalvarınızın rənginin ağ olmasını istədiyiniz nöqtələrə paltar suyu və xlor tökün. Bunu adətən dizin aşağı hissəsinə və daha yuxarıya tətbiq edə bilərsiniz. Fərqli bir görünüş əldə etmək üçün  yalnız bel hissəsini də ağartmaq kifayətdir. 

Şalvar üçün aksessuar (zımba)

Bunun üçün seçdiyiniz şalvara zımbalar əlavə edin.

Əsasən cib və bel hissəsini zımbalamaq daha məqsədəuyğun olar.

Cırın

Cırıq cinsin moda olduğu hamımıza məlumdur. Bunun üçün köhnə cins şalvarınız varsa, uyğun yerlərdə ülgüc və qayçı vasitəsilə trend bir görüntü yarada bilərsiniz. 

Yamayın

Bayaq deyilənin tam tərsini tətbiq edə bilərsiniz. Əgər şalvarınız cırılıbsa, yamaq verə bilərsiniz.  Son illərdə çox moda olan yamaq şalvarlar sizi fərqli bir görünüşə qovuşduracaq. 

Cia.az