Çinin Şandun əyalətinin şərqindəki kimyəvi zavodda bu gün güclü partlayış baş verib, ardınca isə yanğın olub. Obyekt yaşayış binalarından bir kilometrdən də az məsafədə yerləşir.
Partlayış 2 kilometrlik radiusda eşidilib, partlayış dalğasından evlərdəki pəncərələrin şüşələri yerindən qopub. Hadisənin səbəbi bilinmir.
Xatırladaq ki, avqustun 12-də Çinin sənaye şəhəri olan Tyantzsində təhlükəli kimyəvi maddələr saxlanılan anbarda bir-birinin ardınca partlayışlar baş vermiş, insident nəticəsində 114 həlak olmuşdu.
Cia.az
