“Müxalifət-iqtidar dialoqu çərçivəsində görüşün keçirilməsi məsələsi hazırda gündəmdə deyil”.
Bunu virtualaz.org saytına açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov vurğulayıb ki, indi partiyalar seçkiyə hazırlıqla məşğul olduğuna görə görüşün keçirilməsi müzakirə olunmur: “İndi partiyaların seçki ilə məşğul olma dövrüdür, hər partiya öz seçki kampaniyası ilə məşğuldur. Bu ay görüş baş tutmayacaq.Seçkilərə qədər belə bir görüşün olub-olmayacağı isə məlum deyil. Bu məsələ müzakirə olunmur”.
Qeyd edək ki, müxalifət partiyaları ilə iqtidar nümayəndələri arasında indiyə qədər3 görüş keçirilib. Bu ilin fevral ayında baştutan görüşdə bunun davam etdirilməsi və hər iki aydan bir toplanmaq qərara alınıb. Sonuncu görüş isə mayın 15-də olub.
Cia.az
