|
Sərkisyan rejiminə son xəbərdarlıq:
İrəvanda “Ayağa qalx, Ermənistan” təşəbbüs qrupu müxalifətdə olan partiyalara müraciət edərək, onları hakimiyyətin dəyişdirilməsi yolunda birgə mübarizəyə çağırıb (anspress). Müraciətdə deyilir: 
“Əgər siz hesab edirsinizsə ki, hakimiyyət dəyişməsi üçün vaxt yetişib, o zaman biz avqustun 21-də bütün respublika ərazisində kütləvi aksiyalara, mitinq keçirməyə başlamağa və hökumətin istefasını tələb etməyə hazırıq. Nə qədər ki, ictimai rezonans dalğası bütün ölkə ərazisinə yayılmayıb, biz meydanlarda sonadək qalacağıq. Lazım gəlsə, İrəvanı qan gölünə çevirəcəyik”.
 
Müxalifət partiyalarına çağırışda əminlik ifadə olunur ki, ölkəni siyasi uçurumdan, iqtisadi böhrandan çıxarmağın yeganə yolu saxta yollarla deyil, əhaliyə divan tutan, insanlara qarşı güc tətbiq edən yox, məhz xalqın etibarını qazanan, insanların konstitusiyada təsbit edilmiş hüquqlarını qoruyan, demokratik dəyərlərə üstünlük verən hökumətin hakimiyyətə gəlişidir.
Müxalifət partiyalarının “Ayağa qalx, Ermənistan” təşəbbüs qrupunun müraciətini hələlik cavabsız qoyması ölkə mətbuatında birmənalı qarşılanmayıb. Erməni Milli Konqresindən olan deputat Lyudmila Sarkisyan bu müraciətə şübhəli yanaşıb və bildirib ki, hədəflər və perspektivlər dumanlı olduğu üçün partiyaların bu çağırışa qoşulacağı inandırıcı deyil...
Cia.az