Avqustun 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli tənqidçi və ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyevin anadan olmasının 85 illiyi münasibətilə "Bəkir Nəbiyev-85" adlı geniş kitab sərgisi açılacaq.
Kitabxanadan Cia.az-a bildirilib ki, sərgidə akademikin Azərbaycan və rus dillərində çap olunmuş əsərləri, haqqında yazılan və "Ön söz" yazdığı, redaktoru olduğu kitablar sərgilənəcək.
Cia.az
